BİZİM MƏRKƏZİMİZ
Möcüzəyə İnan Reabilitasiya Mərkəzi olaraq, məqsədimiz böyük tarixi şəxsiyyət Heydər Əliyev dediyi kimi: "Uşaqlar bizim gələcəyimizdir,gələcəyimizi nə cür tərbiyə edəcəyiksə,ölkəmizin, millətimizin,dövlətimizin sabahı da bundan asılı olacaqdır".
Uşaqlar bizim həm sərvətimiz həm də möcüzəmizdir. Hər uşağa dahi kimi yanaşmaq önəmlidir. Bu gün uşaq dediyimiz sabah məmur,idmançı,musiqiçi və sairə sahələrdə ölkəmizə faydalı olan şəxsiyyətdir.Bu qiymətli sərvətlərimizi fiziki və mənəvi cəhətdən sağlam,cəmiyyətə faydalı vətəndaş,vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də bizim üçün şərəflidir.
Özgüvənli, hədəfli, nizam-intizamlı, fiziki məhdudiyyətli olmasına rəğmən fərq qoymadan uşaqları öz ayaqları üzərində möhkəm dayanmasına,hər şeyə rəğmən xəyal etmələrinə və arzuların gerçəkləşməsinə inam yaradaraq,onlara dəstək olaraq mərkəzimizə "Möcüzəyə inan,çünki o gerçəkdir" devizini seçdik.
Mərkəzimizin simvolu kəpənək-ruhun,əbədiliyin,dirçəlişin və dirilmənin simvoludur.
Bizim üçün hər bir uşaq bir möcüzədir.
Uşaqlar bizim həm sərvətimiz həm də möcüzəmizdir. Hər uşağa dahi kimi yanaşmaq önəmlidir. Bu gün uşaq dediyimiz sabah məmur,idmançı,musiqiçi və sairə sahələrdə ölkəmizə faydalı olan şəxsiyyətdir.Bu qiymətli sərvətlərimizi fiziki və mənəvi cəhətdən sağlam,cəmiyyətə faydalı vətəndaş,vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də bizim üçün şərəflidir.
Özgüvənli, hədəfli, nizam-intizamlı, fiziki məhdudiyyətli olmasına rəğmən fərq qoymadan uşaqları öz ayaqları üzərində möhkəm dayanmasına,hər şeyə rəğmən xəyal etmələrinə və arzuların gerçəkləşməsinə inam yaradaraq,onlara dəstək olaraq mərkəzimizə "Möcüzəyə inan,çünki o gerçəkdir" devizini seçdik.
Mərkəzimizin simvolu kəpənək-ruhun,əbədiliyin,dirçəlişin və dirilmənin simvoludur.
Bizim üçün hər bir uşaq bir möcüzədir.
KOMANDAMIZ
Möcüzəyə İnan Reabilitasiya Mərkəzində peşəkar mütəxəssis komanda çalışır.Hər bir mütəxəssis imtahanla işə qəbul olunub.Ayrıca olaraq,işə qəbul olunan mütəxəssislərə psixoloq və rəhbər Samirə Bağırova tərəfindən iş disiplini təlimləri keçirilib.
İşdə disiplinli, planlı və komanda şəklində çalışmaq əməkdaşların performansını artırır və işdə yüksək nəticələr göstərmələrinə səbəb olur.
Reabilitasiya mərkəzində qoyulan bütün qaydalara,o cümlədən mərkəzin və əməkdaşların şəxsi gigiyenik qaydalarına ayrıca nəzarət olunur.

Günay İbadova
Baş psixoloq

Nuray Məmmədova
Defektoloq loqoped

Nərmin Daşdəmirli
Baş Defektoloq loqoped

Səidə Əbdülrəhimova
Defektoloq loqoped-refleksoloq

Afət Əliyeva
Müalicəvi masaj / Müalicəvi idman

Həcər Baxşızadə
Psixoloq
XİDMƏTLƏR
Möcüzəyə İnan Reabilitasiya Mərkəzində uşaqlara, yeniyetmələrə və böyük yaş qrupunda olan şəxslərə psixoloji və fizioloji xidmətlər göstərilir
Mərkəzimizdə
- Ümumi psixologiya
- Ümumi nitq qüsurları
- Autizm Spektr pozuntuları
- Serebral iflic - Daun
- İflic, insult sonrası fizioterapiya
- Müalicəvi masaj
- Müasir yeni avadanlıqlar
- Qrup təlimlər
- Əlavə təlim və seminarlar mövcuddur

QEEG-EEG Nevroloq
Uşaq nevroloqu,sinir sistemində problemi olan uşaqları müalicə edən bir həkimdir.Sinir sistemindəki problemlər baş beyində,onurğa beynində,sinirlərdə və ya əzələlərdə başlaya bilər.Bunlar qıcolma,baş ağrısı və ya inkişafın geriləməsi kimi problemlərə səbəb ola bilər.Uşaq nevroloqları uşaqları doğuşdan 18 yaşına qədər müalicə edirlər.Bir çox hallarda komanda şəklində,digər mütəxəsisslərə terapevtik yönəltmə ilə işləyir.Nevroloq diaqnoz qoyur müalicə və müşahidə edir.

Psixoloq
Uşaq psixoloqu kimdir?
Uşaq psixoloqu həkim deyil və psixiatr da deyil.Bu mütəxəssisin diaqnoz qoymaq və ya resept vermək hüququ yoxdur.
Uşaq psixoloqunun əsas vəzifəsi-oyun metodları ilə psixoloji yardım ... Uşağın basdırdığı duyğuların ortaya çıxması və uşağın probleminin həlli yolunun axtarılması ən təsirli olanı oyundur.
Eyni zamanda yeniyetmələrə və böyüklərə də psixoloji dəstək göstərilir.

Psixopedaqoq
Psixopedaqoq təlim, tərbiyə və pedaqoji fəaliyyətin psixoloji problemlərini araşdırır. Pedaqoji psixologiya birinci növbədə, şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrənilməsi,şəxsiyyətin inkişaf səviyyəsi və fəallığın qarşılıqlı əlaqəsinin, tərbiyənin idarə olunması problemlərinin,özünütərbiyə və əxlaq tərbiyəsinin,tərbiyəvi tədbirlərin psixoloji xüsusiyyətlərinin aşkara çıxarılması təşkil edir.

Defektoloq
Loqoped
Loqopediya nitq inkişafı,nitq qüsurların aradan qaldırılması və qarşısını almaq üçün xüsusi təlim-tərbiyə sistemidir.Loqopediya məktəbəqədər,məktəb və yaşlılar loqopediyası hissələrindən ibarətdir.
Loqopedik masaj-əsasən əllərimiz və diaqnoza uyğun seçilmiş xüsusi loqopedik zondlar vasitəsilə aparılır. Loqopedik masaj zamanı artikulyasiya aparatındakı bir çox qüsurlar öz həllini tapır ( Hipertonuslu, hipotonuslu əzələlər, dişləmə, udma, çeynəmə, ağız suyu ifrazı, gərgin-sərt dil və dil kökü, nəfəs).
Defektoloq-ünsiyyət terapevtidir.Minimum 1,6 ayından məşğul olmağa başlayır. Böyük yaş qrupu da aiddir.

Refleksoterapevt (müalicəvi masaj)
Refleksoterapiyanın nitq ləngiməsi, autizm,uşaq serebral iflici, daun sindromu, miqren, nevralgiya nevriti, radikulit, nevrozlar, Anevrasteniya, xroniki yorğunluq sindromu, epilepsiya, enurez, hipertoniya xəstəliyi, neyrosirkulyator distoniya, Reyno sindromu,Manyer xəstəliyi, ürəyin işemik xəstəliyi, konyuktivit,otitlər,qulaqda səs-küy, xroniki bronxit,bronxial astma,rinit və zökəm zamanı refleksoloji massajdan yararlanmaq uyğundur.Neyrodermit, psoriaz,şəkərli diabet,qalxanvari vəzi xəstəlikləri, artritlər, artroz, osteoartroz,osteoxondroz,dağınız skleroz,klimaks,diş ağrısı,menstrual ağrılar,baş ağrıları,qastrit,xora xəstəliyi,xroniki qəbizlik və s. xəstəliklər üçün də bu müalicə uğurlu hesab edilir.Ümumilikdə,baş,bel ağrıları,stres halları,piylənmə, osteoxondroz,insultdan sonra parez və bir sira digər xəstəliklər refleksoterapiya ilə müalicə olunur.

Duyubütünləmə,müalicəvi idman
Müalicəvi idman və duyubütünləmə mütəxəssisləri serebral iflic, onurğa beyininin qrıjası, daun sindromu, hiperaktivlik, inkişaf ləngiməsi, beyin zədələnməsi, hissiyat problemləri, əlaqələndirmə problemləri, diqqət problemləri və genetik sindromlar kimi diaqnoz qoyulmuş uşaqlarla məşq edir.Xüsusi ehtiyaclı uşaqları dəstəkləyir.Qarşılıqlı olaraq müalicəvi idman,həyat koçu terapiyaları da istifadə edilir.Əsas hədəf şəxsi həyata hazırlamaqdır. Zehni, fiziki, emosional,sosial olaraq çətinlik çəkən, xüsusi müalicə lazım olan, danışıq problemləri olan, davranış cəhətdən çətinlik çəktiyi üçün ətrafa uyğunlaşa bilməyən insanlara tətbiq edilir. Mütəxəssislərin xidmətləri hər yaş qrupuna tətbiq edilə bilər.

Hicama
Hicama-Həcəmətin faydaları:
Yaddaşsızlıq, diqqət zəifliyi, təzyiq, şəkər, qulaqlarda səs-küy, depressiya, vitiliqo, xərçəng və xərçəngin profilaktikası, miqren, baş ağrısı, göz xəstəlikləri, zəif görmə, əsəbilik, panik tutma, psoriaz, saç tökülməsi, başgicəllənmə, Alzheymer, üz siniri iflici kimi xəstəliklərə qarşı istifadə oluna bilər. Ürəkdöyünmə, ürəkdə ritm pozulması,panik tutma,psixi xəstəliklər, həyəcanlanmalara qarşı istifadə olunur. Tənbəllik, yuxululuq, halsızlıq, yüksək xolesterin, stress, kürək və üzdəki sızanaqlar, təzyiq, ağciyər, mədəaltı vəz xəstəlikləri üçün istifadə oluna bilər. Həmçinin müxtəlif köpmələr, cinsi zəiflik, sonsuzluq, qulunc olmalar, əllərin, qolların keyiməsi, kürəkdə iynəbatma və ya qarışqa yeriməsinin hiss edilməsi, bədəndə müxtəlif səpgilər, sızanaqlar və saymaqla bitməyən bir sıra problemlərin aradan qaldırılması üçün faydalıdır.Bütün bu halların müalicə və profilaktikasında həcəmət çox xeyirlidir, çünki həcəmət zamanı həmin nahiyədə qan durğunluğuna səbəb olan çirklənmiş qan çəkilib atılır və yerinə yeni, oksigenlə zəngin,təmiz,duru qan gəlir, bu da həmin nahiyələrin öz-özünü bərpa etməsini gücləndirir. Həcəmət dərini gözəlləşdirir,çünki qan dövranı yaxşılaşır. Həcəmət insanın əhvalını çox yaxşılaşdırır, çünki qan toksinlərdən təmizlənir. Həcəmətlə qan təzyiqini tam normada saxlamaq olur. Həcəmət etdirən insan heç vaxt infarkt və insult keçirmir.

Təlimlər və seminarlar
Samirə Bağırova Reabilitasiya mərkəzində psixoloji, loqopedik təlimlər,ixtisasartırma kursları,seminarlar təşkil olunur. Uzman mütəxəsisslər dəvət olunur.
Ayrıca olaraq tələbə psixoloq və psixiatrlar üçün qrup şəklində Türkiyənin Ankara şəhərində,psixiatrik klinikada tanınmış professorlar tərəfindən nəzəri-praktiki proqramlar təşkil olunur.
Təlim proqramlarında iştirak edənlərə sertifikatlar təqdim olunur.
Eləcə də mərkəzimizə müraciət edən valideyinlərlə iclaslar təşkil olunaraq,baş psixoloq övladları ilə bağlı dəyərləndirmələr aparılır və terapiya nəticələri,sağlamlıq haqqında dəyişikliklərlə bağlı,valideyinlərə şifahi və yazılı şəkildə məlumatlar verilir.

Qrup terapiyalar
Bizim mərkəzimizdə qrup terapiyalar təşkil olunur. Qrup terapiyaların uşaq və yeniyetmələr üçün faydaları:
* Özünə inamın artırılması
* Doğru ünsiyyət qurma
* Cəmiyyətə adaptasiyanı təmin edilməsi
* Diqqət və konsentrasiyanı üst səviyyəyə daşınması
* İş nizamı və motivasiyası artması
* Məğlub olmağı öyrənmək və sağlam qalibiyyətin və rəqabətin formalaşması
* Tapşırıqların daha yaxşı mənimsənilməsi
* Uşaqların cəmiyyətdə davranışlarının korreksiyası
* Təsnifatlaşma bacarığının inkişafı,diqqətin inkişafı
* Eşitmə,qavrama hafizəsinin aktivləşməsi
* Obrazların tam qavranılmasının təxəyülün inkişafı
* Məntiqi təfəkkürün inkişafı
* Əllərin incə motorikası
Uşaqlarla yanaşı
.İnsult və infarkt
.Onurğada oynaqlarda ağrılar
.Nevroloji diaqnoz və digər fizioloji və psixoloji narahatlıq
yaşayan böyüklər də müraciət edə bilər
AVADANLIQLAR
AVADANLIQLAR
Ən son, müasir yeni avadanlıqlarla çalışırıq.
Qısa müddətdə mütəxəssislərin səyi və bu avadanlıqların təsiri
nəticəsində narahatlıq yaradan əngəllər aradan qaldırılır.
MEDİA
MEDİA
SOSİAL MEDİA
MƏRKƏZ İLƏ ƏLAQƏ
ÜNVAN
Bakı şəh., Nərimanov rayonu Maqsud Əlizadə 52